Bu altı həftə davam edən online kurs, IELTS testi keçmək istəyən və digər istənilən bütün maraq tərəfləri üçün əhəmiyyətli tədris vasitəsi olacaq. 

Kurs IELTS testi üzərində fokus olacaq. IELTS ali təhsil və miqrasiya üçün dünyanın ən populyar ingilis dili testidir. IELTS dünya üzrə 10,000 təşkilat, universitet,immigrasiya rəsmiləri və işəgötürən təşkilatlar tərəfindən qəbul edilir. Yalnız keçən il bütün dünya üzrə 2.9 milyon IELTS testi keçirilmişdir. 

Kurs sizə IELTS testinin bütün bölmələri – oxumaq, yazmaq, danışmaq və dinləmək üzrə müxtəlif imkanları yaradır. Bütün bölmələrdə bizim video təlimçi tərəfindən ətraflı məlumat tmin edilir. Həmçinin sizdən də kursla bağlı öz təçrübənizi və fikirlərinizin bölüşülməsi tələb ediləcək. 

Kursun sonuna çatanda Siz 

  • IELTS testin bütün bölmələri ilə tanış olacaqsınız 
  • Öz IELTS məqsədlərinizə nail olmaq üçün biliklərin əldə edilməsi 
  • IELTS testinin nə cür keçilməsini oyrənəcəksiniz 
  • Öz yazılı və danışıq IELTS göstəricilərinizin digər namizədlər tərfindən qiymətləndirilməsinə nail olmaq 

British Council İngilis dilinin tədrisi və qiymətləndirilməsində, həmçinin IELTS testlərinin 100-dən çox ölkədə həyata keçirilməsində 80 ildən çox iş təcrübəsinə malikdir. Bu kurs həddindən artıq asan və çox rahat başadüşüləndir.  Kurs həftə üzrə sizin cəmi iki saat vaxtınızı almaqla istənilən sizə uyğun vaxtda təcrübədən keçirilə bilər.