İngilis dilinin tədrisi üçün peşəkar təcrübə pulsuz online kursu dünya üzrə bütün ingilis dili müəllimlərinə nəzərdə tutulub. Bu kurslar sizə öz davamlı peşəkar inkişafınıza yönəlik bilik və bacarıqlarınızı artıracaq. Bu kurslar aşağı, orta və yuxarı sinif müəllimləri üçün lazımlıdır. 

Hər həftə kurs müəllimləri daha da peşəkar etmək məqsədi ilə müxtəlif təçrübə nümunələrini təqdim edir. 

Həftəlik mövzular bunlar olacaq: 

  • Dərslərin planlaşdırılması 
  • Sinifin idarə olunması 
  • Sinif imkanlarının müəyyən edilməsi 
  • Davamlı peşəkar inkişaf

Hər həftənin tədris  icmalı dünyanın müxtəlif ölkələrindən olan təçrübəli müəllimlərin qısa video müsahibəsi vasitəsi ilə nümayiş olunacaq. 

Bu kurslar 6 həftə davam etməklə cəmi həftə üzrə 2 saat vaxt tələb edərək, sizə istənilən əlverişlı vaxtda istifadə imkanı verəcək.