Uğur üçün Tədris: Öyrənmə və Öyrənənlər

Bu ödənişsiz onlayn kurs dünya üzrə ingilis dili müəllimləri üçün hazırlanmışdır. Bu kurs vasitəsilə siz peşəkar inkişafınızı davam etdirməyiniz üçün lazım olan bacarıq və təcrübələrinizi inkişaf etdirəcəksiniz.

Bu kursda iştirakçı sayı olduqca yüksəkdir və beləliklə siz digər iştirakçılarla öz təcrübələrinizi və fikirlərinizi bölüşə biləcəksiniz. Müəllimlərə lazım olan müxtəlif növ bilikləri müzakirə edərkən siz tədris yanaşmalarınızı və təcrübələrinizi dünyadakı digər müəllimlərlə müqayisə edə biləcəksiniz. 

Bu kursda dörd peşəkar təcrübəni öyrənəcəksiniz:

  • Tələbələri anlama
  • Mövzuya hakim olma
  • İnkluziv təcrübədən istifadə etmə
  • Öyrənməni qiymətləndirmə

Bu kurs British Council-ın uzun illər dünya üzrə müəllim təlimi və inkişafı sahəsində əldə etdiyi təcrübədən faydalanaraq hazırlanmışdır. Kurs orta məktəbdə dərs deyən ingilis dili müəllimləri üçün faydalı olacaq.

"Uğur üçün Tədris: Öyrənmə və Öyrənənlər" kursunda iştirak etmə vaxtlarını özünüzə uyğun tənzimləyə bilərsiniz. Kurs dörd həftə müddətində, həftədə cəmi iki saatınızı alacaq. Kursun son bitmə tarixinədək qeydiyyatdan keçə bilərsiniz.