Qiymətləndirmə prosesinin əhəmiyyəti dil tədrisində getdikcə artır. Prosesi daha yaxşı başa düşməyiniz üçün, bu onlayn kursu hazırlamışıq. Kurs orta məktəb müəllimləri və qiymətləndirmə haqqında daha çox maraqlanan digər şəxslər üçün nəzərdə tutulmuşdur.

Bu kursda dil tədrisində qiymətləndirmə prinsipləri haqqında məlumat əldə edəcəksiniz. Kurs müxtəlif test növlərinin əsasında olan prinsipləri və onların sinif otağında qiymətləndirilmə prosesində necə tətbiq edilməsinə  kömək edəcəkdir.

Təcrübəli test müəllifləri və beynəlxalq qiymətləndirmə mütəxəssislərinin tövsiyyəsi ilə dil biliklərini və müxtəlif dil bacarıqlarını qiymətləndirməyin praktiki yollarını öyrənəcəksiniz. Bu, sinif otağınızda istifadə etmək üçün  qiymətləndirmə vasitələrini müəyyən etməyə imkan verəcəkdir.

Kurs dörd həftə davam edir. Son günə qədər qeydiyyatdan keçə və kursda istifadə olunan materialları əldə edə bilərsiniz.