Siyasətin formalaşdırılması prosesi vasitəsilə dəyişikliyin idarə edilməsi 

Siyasətin dəyişdirilməsi milyardlarla həyata təsir edə bilər. Ölkələrimizi dəyişdirmək, insanların həyatını kökündən dəyişdirmək və dünyaya göstərdiyimiz təsiri dəyişdirmək istiqamətində siyasətlər yarada bilsəniz necə olar? Siyasətin formalaşdırılması prosesi vasitəsilə dəyişikliyin idarə edilməsi sizə daha yaxşı dünya üçün olan ideyalarınızı reallığa çevirməyə kömək edəcək.

Bu onlayn kurs dörd həftə davam edir və özlərini gələcək lider kimi görən gənclər üçündür. Kursun davam etdiyi müddət ərzində bütün dünyada dəyişiklik yaradan qlobal siyasət ekspertlərindən və rəhbərlərdən öyrənəcəksiniz. BMT və Birləşmiş Krallıqın Lordlar Palatasından qonaq qismində dəvət edilmiş məruzəçiləri dinləyəcəksiniz və öz siyasi tədbirlər planınızı necə yaratmağı başa düşəcəksiniz.

Kursu bitirən kimi British Council, Møller İnstitutuChurchill Kolleci və Kembric Universitetin birgə sertifikatını əldə edəcəksiniz.

KURS HANSI MÖVZULARI ƏHATƏ EDƏCƏK?

  • Böyük marağı siyasətə çevirmək
  • Ekspertlərdən öyrənmə
  • Bilik göstərmək və əsaslandırmaq
  • Əməkdaşlıq etmək və təsir göstərmək
  • Şəxsi siyasi tədbirlər planının yaradılması

Qeydiyyatdan keçməyə tələsin, çünki yalnız kurs başladıqdan sonrakı iki həftəyə qədər müddətdə bizə qoşula bilərsiniz!