Qlobal iş dünyasında necə uğur qazanmalı

Bu pulsuz kurs sizin ilk vəzifənizə və ya karyeranızın erkən mərhələlərinə hazırlanmağınıza kömək edəcək. Karyeraya və ya ilk vəzifəyə başlamaq ağılda bir sıra suallar yaradır. Buna görə də biz sizə ilk iş həftələrinizdə və aylarınızda bələdçilik edəcək kurs tərtib etdik.

Tələbələr, məzunlar, işə qayıdanlar və ya şəxsi bacarıqlarını inkişaf etdirmək istəyən hər kəs üçün mükəmməl bir kursdur. Bu pulsuz onlayn kurs sizə sərbəst ünsiyyətqurma, əlaqə yaratma bacarığı və texnikası verəcək. O həmçinin özünüzü uğurla idarə edə bilmək və qlobal iş dünyasında uğur qazanmaq üçün lazımi bacarıqlar barədə sizdə təfəkkür yaradacaq.

British Council və Şeffild Universitetinin birgə əməkdaşlığı ilə hazırlanmış kurs dünya üzrə iş yerlərinin işçilərdən tələb etdiyi əsas bacarıqları öyrətməyə yönəlmişdir. Bu kurs vasitəsilə aşağıdakıları öyrənəcəksiniz:

  • mədəniyyətlərarası səmərəli ünsiyyətqurma
  • yeni mühitə uyğunlaşma
  • həmkarlarla əlaqə qurma və əlaqə saxlama

Kurs yüksək səviyyədə iştirak tələb edir. Kursda oxumağınız üçün məqalələr, baxmağınız üçün videolar və iş yerinə başlayarkən özünüzü inamlı hiss etməyiniz üçün materiallar mövcuddur.

"Qlobal iş dünyasında necə uğur qazanmalı" kursu həftə ərzində cəmi 3 saatınızı alacaq, 4 həftə davam edəcək, belə ki, sizə uyğun istədiyiniz vaxt kurs keçə bilərsiniz. Kurs bitənədək istənilən vaxt qeydiyyatdan keçə bilərsiniz.