Bu onlayn kurs Vilyam Şekspirin həyat və yaradıcılığı, eləcə də doğulduğu Stratford şəhəri və Londondakı Qlobus teatrından bəhs edəcək.

Dünyanın hər yerındən aktyor və mütəxəssilərin köməyi ilə Şekspirin beş əsərinə nəzər salacayıq. Onlar Şekspirin ecazkar əsərlərinin mövzularını izah və tədqiq edəcəklər. Bu əsərlər aşağıdakılardır 

  • Romeo və Culyetta 
  • Hamlet  
  • Heç nədən hay-küy  
  • Fırtına 
  • Maqbet  

Bizim video təlimçimiz kurs boyunca Şekspirin ingilis dilinə gətirdiyi bəzi söz və ifadələrlə sizi tanış edəcək. Siz biliyinizi kiçik viktorinalar vasitəsilə yoxlaya bilərsiniz və sizdən Şekspir mövzusunda təklif  və fikirlərinizi də bölüşməniz  xahiş olunacaq.  

İngilis dilini kəşf et: Şekspir kursu olduqca rahatdır və həftə ərzində sizin cəmi iki saat vaxtınızı alacaq. Həmçinin siz kursu istənilən vaxt istifadə edə bilərsiniz və kurs hal-hazırda son istifadə gününə qədər işlək olacaq.