Erkən Yaşlarda İngilis Dili: Dil Öyrənmə və İnkişaf

Bu pulsuz onlayn kurs sizə azyaşlı uşaqların ana dillərini öyrənərkən əlavə dil kimi ingilis dilini öyrənmələrinin yollarını öyrədəcək.

Bu kursda iştirak etməklə oyunların nə üçün və necə uşaqlar üçün ən yaxşı öyrənmə metodu olduğunu, həmçinin valideynlər və işçilərin uşaqların öyrənmələri üçün nələr edə biləcəklərini öyrənəcəksiniz.

British Councilin təhsil işçiləri öz bilik və təcrübələrini paylaşmaqla öyrənəcəksiniz:

  • azyaşlı uşaqlarla ən yaxşı şəkildə necə danışmalı
  • əlavə dil kimi ingilis dilini öyrənmələri üçün ən yaxşı mühiti necə yaratmalı
  • və onların inkişafını ən yaxşı şəkildə necə ölçməli

Sizin uşaq inkişafı və erkən yaşlarda ingilis dili öyrənmə haqqında müzakirələrə qoşulmaq və beləliklə bizim təcrübəli təhsil işçilərimizlə canlı ünsiyyət qurmaq imkanınız olacaq. Burada siz digər iştirakçılarla öz fikirlərinizi, düşüncələrinizi və sullarınızı bölüşə biləcəksiniz. 

Erkən Yaşlarda İngilis Dili kursu vaxtınıza uyğun tənzimlənə bilən kursdur və 6 həftə müddətində hər həftə 2 saat vaxtınızı alacaq. Beləliklə siz özünüzə uyğun vaxtı seçib kursa qoşula bilərsiniz. Kursun son gününə qədər hər an qeydiyyatdan keçə bilərsiniz.