İş üçün İngilis Dili

Bugünkü sürətli inkişaf edən qlobal iqtisadiyyatda karyeranızda irəliləmək üçün ingilis dili şərtdir. İş yerində istifadə olunan ingilis dilinin gündəlik danışıqda istifadə olunan ingilis dilindən fərqləndiyini bildiyimiz üçün bu kursu xüsusilə iş həyatınız üçün tərtib etdik.

Bu kurs ingilis dilini öyrənənlər və daha yaxşı işə qəbul olmaq üçün ingilis dillərini inkişaf etdirənlər üçün əla kursdur. Bu kurs həmçinin erkən karyeralarında ingilis dili bacarıqlarını inkişaf etdirmək istəyən gənc peşəkarlar üçün uyğundur.

Hər həftə iş üçün ingilis dilinin əsas aspektlərinə fokuslaşacağıq. Siz videolarda və səs yazılarında izləyəcəksiniz:

  • iş axtaranları və işlərə müraciət edənləri
  • intervyuya hazırlaşanları
  • intervyuya hazırlaşanları
  • yeni işə başlayanları
  • yeni həmkarlarla işləyənləri.

Qısa imtahan və müzakirələr ingilis dili bacarıqlarınızı ölçməyə köməklik edəcək.

İş üçün İngilis Dili kursu vaxtınıza uyğun tənzimlənə bilən kursdur və 4 həftə müddətində hər həftə 2 saat vaxtınızı alacaq. Beləliklə siz özünüzə uyğun vaxtı seçib kursa qoşula bilərsiniz. Kursun son gününə qədər hər an qeydiyyatdan keçə bilərsiniz.