Uğur üçün Tədris: Sinif və Dünya

Bu bütün dünyada müəllimlər üçün tərtib olunmuş pulsuz onlayn kursdur. Kurs sizə Davamlı Peşəkar İnkişafınız üçün (DPİ) lazım olan bacarıq və tərcübələrinizi inkişaf etdirməyə kömək edəcək. 

Kursda iştirak etməklə siz dörd peşəkar təcrübə ilə tanış olacaqsınız: 

  • İnformasiya Kommunikasiya Texnologiyalarına (İKT) inteqrasiya
  • 21-ci əsr bacarıqlarının təşviqi
  • çoxdilli yanaşmalardan istifadə
  • təhsil siyasəti və təcrübələrini anlama

Bu kurs British Councilin çoxillik müəllim təlimi və inkişafı təcrübəsini özündə əks etdirir. Eyni zamanda, orta və ali təhsil müəssisələrində dərs keçən müəllimlər üçün əlverişlidir. 

Kursda iştirak etmə vaxtlarını özünüzə uyğun tənzimləyə bilərsiniz. Kurs dörd həftə müddətində, həftədə cəmi iki saatınızı alacaq. Kursun son bitmə tarixinədək qeydiyyatdan keçə bilərsiniz.

Bu pulsuz onlayn kurs "Uğur üçün Tədris" proqramımızın tərkib hissəsidir: İngilis dili Tədrisi üçün Təcrübələr proqramı. Proqramda British Councilin müəllim inkişafı üzrə Davamlı Peşəkar İnkişafının 12 peşəkar təcrübəsi haqqında öyrənəcəksiniz.