Necə daha yaxşı müəllim olmaq olar: Peşəkar İnkişafı Kəşf Etmə

Müəllimlik bacarıqlarınızı artırın və müəllimlər üçün peşəkar inkişaf haqqında öyrənin.

BU KURSA QOŞULMAQLA AŞAĞIDAKILARI ÖYRƏNƏCƏKSİNİZ:

  • peşəkar inkişafı idarəetmə
  • özünü qiymətləndirmə bacarıqlarının inkişafı
  • sinifi idarəetmə bacarığının inkişafı
  • digər müəllimlərlə şəbəkələşmə və onların təcrübələrindən öyrənmə.

Bu kurs British Councilin çoxillik müəllim təlimi və inkişafı təcrübəsini özündə əks etdirir.  Kurs dünyanın ən reytinqli təhsil institutlarından sayılan "UCL Institute of Education" ilə birgə əməkdaşlıq çərçivəsində tərtib edilmişdir.

"Necə daha yaxşı müəllim olmaq olar: Peşəkar İnkişafı Kəşf Etmə" kursunda iştirak etmə vaxtlarını özünüzə uyğun tənzimləyə bilərsiniz. Kurs altı həftə müddətində, həftədə cəmi üç saatınızı alacaq. Kursun son bitmə tarixinədək qeydiyyatdan keçə bilərsiniz.

Bu həmçinin MOOC kurslarında iştirak etməyən müəllimlər üçün əla başlanğıc kursudur. (MOOC haqqında ətraflı öyrənin)

Kurs 24 apreldən 4 iyun tarixinədək davam edəcək. Kursun son bitmə tarixinədək qeydiyyatdan keçə bilərsiniz