İngilis dilini veb saytlarla öyrənin

British Council tərəfindən təqdim edilən ingilis dili üzrə pulsuz onlayn tədris materialları ilə tanış olun.

İngilis dilini fəaliyyətlərlə öyrənin

İngilis dilini onlayn qaydada British Council tərəfindən böyüklər üçün təqdim edilən pulsuz veb saytın köməyilə öyrənə bilərsiniz. Bu saytda yüzlərlə audio, mətn və video məzmun və 2000-dən çox interaktiv çalışma yer alır. Sayta üzv olmaq, öz töhfənizi vermək, başqaları ilə ünsiyyət qurmaq və pulsuz resurslar yükləmək mümkündür.

İngilis dilini öyrənin veb saytı

İngilis dilini oyunlarla öyrənin

Siz ingilis dilini oyun və zarafatlarla əyləncəli şəkildə öyrənə bilərsiniz. İngilis dili biliklərini möhkəmləndirmək, yaxud da əylənmək üçün bütün zövqlərə uyğun oyunlarla tanış olun. Həmçinin, yüzlərlə illüstrasiyalı zarafatlar sizə oyun oynamaqda, əylənməkdə və öyrənməkdə kömək edəcək.

İngilis dilini öyrənin veb saytı: Əyləncə və oyunlar 

İngilis dilini audio və video ilə öyrənin

Bizdə dil tədrisi üçün çoxlu audio və video materiallar var. Materiallara podkast hekayələr, səsli serial, ingilis dilinin tədrisi üzrə BBC ilə hazırlanmış silsilə TV proqramlar və müxtəlif situasiyalarda düzgün danışmağı öyrədən videolar daxildir.

 İngilis dilini öyrənin veb saytı: Dinlə və tamaşa et

Uşaqlar üçün ingilis dilini öyrənin

Uşaqlar üçün ingilis dilini öyrənin 5-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan əyləncəli və öyrədici veb saytdır. Bu veb saytda lüğət və qrammatik mövzularda oyunlar, mahnılar, hekayələr, videolar və uşaqlarda oxu və yazı bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş çoxsaylı fəaliyyətlər var. Uşaqlar üçün ingilis dilini öyrənin veb səhifəsi həmçinin yüzlərlə çap oluna bilən pulsuz resurslar və dəstək funksiyası ilə müəllimlər və öz uşaqlarına ingilis dilini öyrənməkdə yardım etmək istəyən valideynlər üçün də nəzərdə tutulur.

Uşaqlar üçün ingilis dilini öyrənin veb saytı

Yeniyetmələr üçün ingilis dilini öyrənin

Siz ingilis dilini öyrənən yeniyetməsiniz, yoxsa sizin yeniyetmə övladınız ingilis dili öyrənir? Yeniyetmələr üçün ingilis dilini öyrənin veb saytı xüsusi olaraq 13-17 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuşdur. Saytda onlar dil üzrə praktik çalışmalarla, imtahan üçün tövsiyyələrlə, qrammatika və lüğət dəstəyi, eləcə də əyləncəli fəaliyyətlər, videolar, oyunlar və pazllarla tanış ola bilərlər.

Yeniyetmələr üçün ingilis dilini öyrənin veb saytı

İşgüzar İngilis dili

Siz artıq ingilis dilini bilirsiniz, ancaq işgüzar ingilis dilini təkmilləşdirmək istəyirsiniz? Sizin işgüzar ingilis dili bilikləriniz standarta cavab verirmi? İngilis dilinin işçi dil olduğu beynəlxalq təşkilatlara iş üçün müraciət etmək istəyirsiniz? İşgüzar ingilis dili biliklərinizi təkmilləşdirmək üçün məhz sizə lazım olan resurslar təklif edirik.

İngilis dilini öyrənin veb saytı: Biznes və İş 

İngilis dilini futbolla öyrənin

Əgər siz ingilis dilini öyrənir və futbolla maraqlanırsınızsa, Premyer Bacarıqlar sizə həm ingilis dili biliklərinizin təkmilləşdirilməsində yardım edəcək, həm də siz Premyer Liqa klubları və oyunçuları barədə məlumat alacaqsınız. Siz həmçinin yarışlar və Premyer Liqa qaydaları barədə məlumat əldə edə, oyun oynaya və testlər edə bilərsiniz.

Premyer Bacarıqlar ingilis dili veb saytı