Tədris Bilik və Bacarıqları imtahanı (TKT) üçün hazırlıq kur

Kurs haqqında

Tədris Bilik və Bacarıqları üzrə imtahan (TKT) bütün sinif növləri və mərhələlərdə dərs deyən  İngilis dili müəllimləri üçün beynəlxalq səviyyədə tanınmış imtahandır. 

Bizim hazırlıq kursumuz TKT imtahanının nəzəriyyəsini uğurla mənimsəmək üçün Sizə lazımi bilik və bacarıqları əldə etməkdə köməklik edəcək. 

Karyera imkanlarını genişləndirmək istəyən, az təcrübəli və ya öz bacarıqlarını daim yeniləmək arzusunda olan yüksək təcrübəli müəllim  olmasından asılı olmayaraq indi hər kəs  şənbə günləri keçirdiyimiz TKT kurslarına qatıla bilər. 

Həftədə bir dəfə 3 saat sürən TKT kursu (yarım saatlıq fasilə ilə) üç əsas moduldan ibarətdir . 

  • TKT: Modul 1 – Dil tədrisinin əsasları
  • TKT: Modul 2 – Dil tədrisinin planlaşdırılması
  • TKT: Modul 3 – Sinfin idarə olunması

Kursa qatılmaq üçün tələb olunan minimal səviyyə Ümumi Avropa Dil Çərçivəsinə (ÜADÇ) dair B1 və ya British Council Pre-Intermediate 3 olmalıdır. İştirakçıların sayı maksimum 30 nəfər təşkil edəcək.

Ümumi İngilis Dili

Modul 1 

Müddəti Vaxtlar Qiymətlər
hər dəfə 3 saat (ümumi 33 saat) Şənbə günləri saat 10:00-dan 13:30-dək 365 AZN 

Modul 2 və 3 

Müddəti Vaxtlar Qiymətlər
hər dəfə 3 saat (ümumi 33 saat) Şənbə günləri saat 13:00-dan 16:30-dək 365 AZN