Yazı yazmaq, bir çox imtahan verən üçün ingilis dili imtahanının ən qorxulu hissəsi ola bilər, ancaq belə olmamalıdır. Oxuma və dinləmədən fərqli olaraq, məzmunun kontrolu sizin əlinizdədir - yazdığınız bütün sözləri siz seçdiyiniz üçün, bilmədiyiniz söz olmayacaq! Ən əsası, danışıqdan fərqli olaraq, heç kəs sizi izləmədən öz sürətinizlə düşünmək və hazırlaşmağa vaxtınız var.
Bu məqalə imtahanlarda ümumi olan müxtəlif yazı növləri və onların harada qarşınıza çıxa biləcəyi haqqındadır. Nəzərə alın ki, imtahan formatları haqqında ən son məlumat üçün həmişə birbaşa mənbəyə gedin - IELTS və ya Cambridge English veb saytına, burada siz nümunə üçün əlavə edilmiş suallar və mətnləri də görə bilərsiniz.
IELTS imtahanı verənlər üçün, pulsuz onlayn Academic Writing imtihanları və ya General Training Writing imtahanları ilə məşq edə bilərsiniz. Həmçinin IELTS Writing Cavab Vərəqini yükləməklə, cavab yazmağı məşq edə bilərsiniz.
Esse
Harada qarşınıza çıxır?
İcbari sual olaraq “First”, “First for Schools”, “Advanced and Proficiency”-nin 1-ci hissəsi.
Nədir və kimlər üçündür?
Esse, akademik bir yazıdır. Tələbə tərəfindən müəllim və ya professor üçün yazılır və üslubu neytral olmalıdır.
Yaxşı bir esse necə yaza bilərəm?
Sualı diqqətlə oxuyun. Əksər imtahanlarda, bəzi xüsusi məqamlar təqdim edilir ki, onları yazıda xüsusilə əlavə etməlisiniz və bəlkə də, bəzilərini özünüz uydurmalısınız. Suala düzgün cavab vermək üçün bütün bu məqamları nəzərə aldığınızdan əmin olun.
Bir məzmuna qərar verdikdən sonra mövzuya sadiq qalın. Yazılı məzmununuz qeyri-şəxsi olmalıdır, ona görə də şəxsi təcürəbənizi yazmayın və ümumi nümunələri izah edin.
Məktub və ya e-poçt
Harada qarşınıza çıxır?
Seçim əsaslı sual olaraq “First”, “First for Schools”, “Advanced and Proficiency”-nin 2-ci hissəsində verilə bilər.
Nədir və kimlər üçündür?
Praktiki olaraq, e-poçt və ya məktub imtahanda eynidir. Məktubun kimə ünvanlandığını öyrənmək üçün sualı oxuyun və hansı səviyyədə rəsmiliyin tələb olunduğunu və həmin şəxsin məktubunuzun məzmunu haqqında nə qədər məlumatlı olduğuna qərar verin. O şəxsin məktubuna cavab verirsiniz, yoxsa əlaqə quran sizsiniz?
Yaxşı məktub və ya e-poçt necə yaza bilərəm?
Essedə olduğu kimi, sualı oxuyun və nə yazmalı olduğunuzu qeyd edin. Əlaqəsi olmayan məlumatları daxil etməyin. Əgər məsələn bir problem barədə müdirinizə məktub yazırsınızsa, özünüzü təqdim etməyin - müdiriniz artıq sizi tanıyır!
Yazmağa başlamazdan əvvəl nə üçün yazdığınız barədə düşünün. Şikayət etmək, kömək istəmək və ya bir şey təklif etmək istəyirsiniz? Məzmununuz və üslubunuzun yazınızın səbəbinə uyğun olduğundan əmin olun.
Yazma səbəbi (və müvafiq rəsmilik) | Faydalı ifadələr |
şikayət etmək (ehtimalən rəsmi) | I feel I must draw… to your attention. I was disappointed to find/see that... |
kömək istəmək (ehtimalən neytral ya da qeyri-rəsmi) | I was wondering if you could… Would it be possible (for me) to…? |
təklif və ya tərtibat təqdim etmək (ehtimalən neytral ya da qeyri-rəsmi) | How would you like to…? Would you be interested in ...ing…? You are very welcome to stay at my place/use my office/car/bike. |
məsləhət vermək (ehtimalən neytral ya da qeyri-rəsmi) | Have you considered … ing…? You shouldn't…. Try not to worry/overthink it…. |
təcrübə və ya fikir paylaşmaq (ehtimalən neytral ya da rəsmi) (Burada diqqətli olun - bəzən “Advanced and Proficiency” bölməsində verilir və daha çox "redaktora məktub" şəklində bir məqalədir. Oxucunu yoxlamaq üçün həmişə sualı oxuyun.) |
I am writing in response to your request for readers’ experiences of/ thoughts on... |
Tənqid
Harada qarşınıza çıxır?
Seçim əsaslı sual olaraq “First”, “First for Schools”, “Advanced and Proficiency”-nin 2-ci hissəsində verilə bilər.
Nədir və kimlər üçündür?
Tənqid insanlara film izləmək, kitab oxumaq və ya məhsul almaq barədə qərar verməyə kömək edir. Tənqidlər jurnallarda və veb-saytlarda nəşr olunur və bəziləri sizinlə eyni zövqə malik olmayan, geniş çeşidli insanlar tərəfindən oxunur.
Yaxşı tənqid necə yaza bilərəm?
Balanslı olun. Fikirlərinizi yazın, amma unutmayın ki, hamı eyni keyfiyyətləri axtarmır. Şəxsən mən romantik komediyaları sevmirəm, amma hətta mən görürəm ki, When Harry Met Sally yaxşı filmdir - bu film, əsl yumor, emosional intensivliyə malikdir və bu gün belə çox populyardır. Bir tənqiddə bütün bunları etiraf etməliyəm, çünki tənqid hər şeydən əvvəl faydalı olmalıdır.
Məqalə
Harada qarşınıza çıxır?
Seçim əsaslı sual olaraq “First”, “First for Schools”, “Advanced and Proficiency”-nin 2-ci hissəsində verilə bilər.
Nədir və kimlər üçündür?
İmtahanlarda məqalə bir “baxış hissəciyidir” – insanları əyləndirməli və məlumatlandırmalıdır. Tənqidlərə bənzər olaraq, məqalələr jurnallarda və internet saytlarında nəşr olunur və geniş auditoriya tərəfindən oxunur, buna görə də oxucu haqqında çox fərziyyələr verməməlidir.
Yaxşı məqalə necə yaza bilərəm?
Maraqlı olun. Sualın mövzusu sizi maraqlandırmırsa, başqa sual seçin. Mövzu haqqında dərin istəyiniz varsa, fikirlərinizi səbəblər və/yaxud misallarla dəstəkləməyə hazır olun və bunu “Proficiency” səviyyəsində edirsinizsə, muxalif nöqteyi-nəzəri də qəbul etməlisiniz. Yenə də, üslub haqqında fikir əldə etmək üçün onlayn və ya jurnallarda ingiliscə məqalələri oxuyun.
Reportaj
Harada qarşınıza çıxır?
Seçim əsaslı sual olaraq “First”, “First for Schools”, “Advanced and Proficiency”-nin 2-ci hissəsində verilə bilər.
Nədir və kimlər üçündür?
Reportaj, oxucuya baş verən bir şey haqqında məlumat verir, məsələn bir hadisə və ya bir araşıdrmanın nəticələri haqqında. Hadisəni qiymətləndirib və ya nəticələri yekunlaşdırıb nəticə yazmalısınız ki, bu tövsiyələrinizi də ehtiva edə bilər.
Reportajlar çox vaxt müdiriniz və ya müəlliminiz üçündür.
Yaxşı reportaj necə yaza bilərəm?
Alt başlıqlardan istifadə edin. Təsəvvür edin ki, bu bloq yazısını alt başlıqlar olmadan oxuyursunuz - böyük ehtimalla özünüzü tamamilə itmiş kimi hiss edəcəksiniz! Oxucuya faydalı olmasından başqa, alt başlıqlar...
- fikirlərinizi təşkil etməyə kömək edir
- imtahan götürən şəxsə reportaj yazmağı bildiyinizi göstərir
Sualı oxuyun və tələb olunan məzmunu müəyyən edin (məsələn, araşdırma necə keçirildi, nəticələr, tövsiyələriniz). Bu məzmun, reportajınızın hər birində alt başlıq olan bölmələrini (adətən üç) təşkil edəcək.
Təklif
Harada qarşınıza çıxır?
Seçim əsaslı sual olaraq “First”, “First for Schools”, “Advanced and Proficiency”-nin 2-ci hissəsində verilə bilər.
Nədir və kimlər üçündür?
Təklif, mövcud vəziyyət və ya artıq baş vermiş hadisə ilə bağlı bir və ya bir neçə ideyanı özündə birləşdirir. Reportaja bənzər olmasına baxmayaraq, fərq ondadır ki, reportaj daha çox keçmiş və ya indi haqqındadır, təklif isə daha çox gələcək haqqındadır.
Təklif, müdiriniz, yerli şura və ya başqa bir orqan üçün yazıla bilər.
Yaxşı təklif necə yaza bilərəm?
Yenə də fikirlərinizi strukturlaşdırın və əvvəlki bölmədə qeyd olunan bütün səbəblərə görə alt başlıqlardan istifadə edin.
Hekayə
Harada qarşınıza çıxır?
Seçim əsaslı sual olaraq “First for Schools”-un 2-ci hissəsində verilə bilər.
Nədir və kimlər üçündür?
Əylənmək üçün oxuduğumuz (və yazdığımız) bir yazıdır. Boş vaxtlarınızda hekayələr oxumur və ya yazmırsınızsa, bu sual sizin üçün uyğun olmaya bilər.
Yaxşı bir hekayə necə yaza bilərəm?
Yaradıcılıq həvəsinizi kontrol ilə balanslaşdırın, həm dil kontrolu (yazmadan əvvəl o fantastik fikri necə ifadə edəcəyinizi bildiyinizə əmin olun!) həm də yaradıcı kontrolu (hekayənin bir sonu olmalıdır!).
Hansı növ dildən istifadə edə bilərəm?
Bu, bəlkə də dilinizi göstərmək üçün sizə ən çox sərbəstlik verən sualdır. İstəyirsinizsə, təxəyyülünüzü istifadə edə və bütün ən yaxşı sözləriniz, ifadələriniz və qrammatikanızı daxil edə bilərsiniz.
Beləliklə, 2-ci hissədə hansı yazı növü daha asandır?
İngilis dili müəlliminiz varsa və onun açıqlanmasını istəyirsinizsə, ona bu sualı verin! “Asan"-ın hər kəs üçün fərqli mənası var - bəziləri tənqid və ya məktubun yaradıcılıq azadlığından zövq alır, digərləri isə bundan qorxur. Həmçinin, qərarınızı həmin gün verməlisiniz, çünki:
a. Yalnız imtahanı gördüyünüz zaman 2-ci hissə üçün hansı seçimlərinizin olduğunu biləcəksiniz.
b. Qərarınızı həm mövzuya, həm də yazı növünə əsaslandırmalısınız.
Məsələn, təklif yazmaq istəmədiyinizə qərar verə bilərsiniz, çünki onlar sizcə darıxdırıcı ola bilər, ancaq filmləri sevdiyiniz üçün kino haqqında tənqid yazmaq istəyirə bilərsiniz. Ancaq imtahan günü tənqid yoxdur, təklif var - yerli kino festivalı üçün!
2-ci hissəyə baxarkən bütün seçimləri oxuyun və hər seçim üçün özünüzdən soruşun: "Mən dünya haqqında informasiyamı və gözəl, geniş lüğət ehtiyatımı bu suala necə tətbiq edə bilərəm?" Qərarınızı verməzdən əvvəl, açıq fikirlə bu sualı soruşun.
Son söz...
Yuxarıda göstərilən bütün yazı növləri üçün fikirlərinizi paraqraflarda təşkil etməyi və oxucuya fikirlərinizlə rəhbərlik etmək üçün bağlayıcılardan istifadə etməyi unutmayın. Məsələn, moreover, in addition (bundan əlavə) kimi ifadələrdən, eyni fikri vurğuladığınızı göstərmək üçün (eyni istiqamətdə davam etmək), və however, nonetheless, on the other hand (buna baxmayaraq, digər tərəfdən) ifadələrdən əks fikir təqdim etdiyinizi göstərmək üçün (istiqamətini dəyişmək) istifadə edin.