British Council Azərbaycan dünyaca məşhur musiqi şousunu təqdim edir. "Selector" radio-şousu Britaniyanın musiqi irsinin müasir dövrdəki ən yaxşı təzahürlərini və bütün janrlarını özündə ehtiva edir. Sözügedən radio-şounun dünyanın 44 ölkəsində dörd milyondan çox pərəstişkarı vardır.  

Hər həftənin şənbə günü saat 21:00-da və bazar günü saat 22:00-da 100FM dalğasında və onlayn  asanradio.az  saytında London şəhərindən yayımlanan radio-şounun hər bir buraxılışında müğənnilərdən alınmış müsahibələrə, onların rəylərinə, canlı ifalara və studiya yazılarına yer verilir. Azərbaycanda yayımlanan "Selector" radio-şousuna ASAN Radio ev sahibliyi edir və o, DJ Bazaur tərəfindən təqdim olunur.

"Selector" radio-şousu 2011-ci ildə iki mükafata layiq görülmüşdür: Sürix şəhərində Beynəlxalq Radio verilişləri Festivalının "On-Air Awards" mərasimində "Beynəlxalq miqyaslı Ən Yaxşı Radio-şou" tituluna layiq görülmüş və Nyu York Festivalında Ən Yaxşı Musiqi Proqramı nominasiyası üzrə bürünc medal qazanmışdır.

2005-ci ildə "Selector" radio-şousu ən yaxşı peşəkar həftəlik yayımlanan musiqi proqramı olduğuna görə nüfuzlu "Sony Radio Academy Awards" mükafatlandırma mərasimində qızıl mükafat qazanmışdır.     

"Selector" radio-şousunun əvvəlki buraxılışlarını dinləyə bilərsiniz.