Bazar ertəsi 04 Fevral 2019

British Council, Asan Radio və YARAT Müasir İncəsənət Məkanının əməkdaşlığı ilə 2019-cu ilin 15 fevral tarixində YARAT mərkəzində təşkil olunacaq "Selector PRO" seminarı Birləşmiş Krallığın və Azərbaycanın ən yaxşı DJ-lərini bir araya gətirəcək.

Tanınmış britaniyalı DJ Goldierocks (Samantha Louise Hall) intensiv təlim keçəcək. Daha sonra "Pasifico" restoranında Bazaur və Murad H kimi DJ-lərin təqdimatında, "Goldierocks"un iştirakı ilə "Selector LIVE" əyləncə gecəsi keçiriləcək. Selector LIVE əyləncə gecəsi Britaniya Şurasının Azərbaycan Respublikasındakı fəaliyyətinin 25-ci ildönümünə həsr olunub.

"Selector PRO" həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır.  Tədbir Britaniya Şurasının təşəbbüsü ilə hazırlanmış, Birləşmiş Krallığın yeni və ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə "Selector Live" əyləncə gecələrini özündə ehtiva edən "Selector" musiqi proqramının nəticəsi hesab edilir. 

Seminara və canlı DJ performansı ilə müşayiət olunan Selector LIVE əyləncə gecəsinə giriş pulsuzdur. Maraqlananlardan qeydiyyat formasını doldurmaq xahiş olunur.

British Council fürsətdən istifadə edərək, ASAN radioya, YARAT Müasir İncəsənət Məkanına və Pasifico restoranına dərin minnətdarlığını bildirir.

Əlavə Məlumat Üçün:

Dilarə İbrahimova | İncəsənət üzrə Menecer | British Council Azerbaijan | dilara.ibrahimova@britishcouncil.az | T +994 (0) 12 497 1593

 

About the British Council

British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatıdır. Biz 100-dən çox ölkə ilə incəsənət və mədəniyyət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq edirik.    Keçən il səsimizi 75 milyondan çox insana birbaşa yolla, ümumilikdə 758 milyon insana isə onlayn şəkildə, yayımlar və nəşrlər vasitəsilə çatdırmışıq. Biz əməkdaşlıq etdiyimiz ölkələrə töhfəmizi veririk – imkanlar yaradaraq, əlaqələr quraraq və etibarımızı möhkəmlədərək insanların həyatını dəyişirik. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq. Biz Böyük Britaniya hökumətindən 15% əsas maliyyələşdirmə qrantı alırıq.

British Council Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. 

www.britishcouncil.org

British Council Bərabər İmkanlar, Müxtəliflik və İnklüzivlik prinsiplərinin tərəfdarıdır

www.britishcouncil.org

British Council is committed to Equality, Diversity and Inclusion