Biz "British Council"ın Cənubi Qafqazda həyata keçirdiyi "Crafting Futures" proqramının tərkib hissəsi olaraq yeni tədqiqat layihəsində işləyəcək tədqiqat üzrə köməkçilər axtarırıq. Tədqiqat üzrə köməkçilər qeyri-rəsmi sənətkarlıq sektorunda bilik və bacarıqların mənimsənilməsi daha yaxşı başa düşmək üçün sahə tədqiqatı həyata keçirəcək. Buna sənətkarlarla müsahibələrin keçirilməsi və onların müşahidə edilməsi daxil ola bilər, lakin öhdəliklər qeyd edilənlərlə məhdudlaşmır.

Details

Location Bakı, Azərbaycan
Maaş 50 funt-sterlinq
Müddət Fixed-term (müddətli)
İş saatları Tam ştat
Son müraciət tarixi Bazar ertəsi 16 Mart 2020

Ümumi rol

Seçim meyarı

  1. Müvafiq bakalavr proqramlarından (tədris, incəsənət tarixi, sənətkarlıq, antropologiya, etnoqrafiya, sənədli film istehsalı və s.) yaxın keçmişdə ən az 2:1 (60-70% və ya ekvivalent) müvəffəqiyyət dərəcəsi ilə məzun olmuş şəxslər
  2. Proqram çərçivəsində tədqiqat aparmaq təcrübəsi
  3. Səlis yazılı və şifahi ingilis dili bilikləri 
  4. Gecələmə, uzun iş günü və səyahəti ehtiva edə biləcək sahə tədqiqatını həyata keçirmək imkanı
  5. Ölkə daxilində, Qafqazda və Birləşmiş Krallıqda tədqiqat komandasının tərkib hissəsi kimi işləmək və əməkdaşlıq etmək qabiliyyəti
  6. Mükəmməl kommunikasiya bacarıqları və çox sayda maraqlı tərəflə işləmək üçün əminlik
  7. Fərqli vəziyyətlərdə mükəmməl şəxslərarası ünsiyyət bacarıqları
  8. İş və ya sahə tədqiqatı aparmaq təcrübəsinə malik olan namizədlərə üstünlük veriləcək
  9. Rəqəmsal və ofis proqramları ilə bağlı bilik və bacarıqlar
  10. Məlumatların idarə və təhlil edilməsi ilə bağlı bilik və bacarıqlar
  11. Fotoaparat və videokameralardan, səsyazma avadanlıqlarından istifadə etmək bacarığına malik olan namizədlərə üstünlük veriləcək. Namizədlər audiovizual avadanlıqlardan istifadə etməyi öyrənməyə hazır olmalıdır

Ödənişə daxildir

  • Bütün sahə tədqiqatı tədbirlərinin həyata keçirilməsi
  • Sahə tədqiqatından öncə bütün hazırlıq işlərinin görülməsi və tədqiqat rəhbəri ilə əlaqə saxlanması
  • Sahə tədqiqatından sonra inzibati işlərin tədqiqat rəhbərini razı salacaq səviyyədə görülməsi

İş müddəti: 10 gün

Necə müraciət etməli

Maraqlı namizədlər ingilis dilində CV və müşayiət məktubunu müvafiq email ünvanına göndərməlidirlər: asmartcreativehub@gmail.com. Seçilmiş namizədlər 20 Mart, 2020 tarixinədək müsahibəyə dəvət olunacaqlar. İşəgötürmə prosesi Crafting Futures proqram tərəfdaşı Asmart Creative Hub tərəfindən həyata keçiriləcək.