Ebbi Makkarti musiqi mövzusunda ən yaxşı, yeni tövsiyələr almaq üçün müraciət edəcəyimiz etibarlı köməkçidir.  Ebbi hər həftənin şənbə günü saat 20:00-da "BBC Introducing in Kent" radio-şousunu təqdim edir. Sözügedən radio-şou ən yaxşı musiqi kurasiyasına görə sənayenin nümayəndələri və musiqi pərəstişkarları tərəfindən böyük hörmətlə qarşılanır.  Ebbini dünyanın 40 ölkəsində üç milyondan artıq radio dinləyicisindən ibarət geniş kütləyə yayımlanan "Selector" radio-şousunda dinləyə bilərsiz.  Bundan əlavə, o, "Coffee House Sessions" adlı bloqu idarə edir, Yeni Mahnıların Reytinq Siyahısını və Həftənin Mahnısını oxuculara təqdim edir.  O, bütün ölkə ərazisində təşkil olunan çoxsaylı tədbirlərdə və universitetlərdə, habelə, bir sıra irimiqyaslı festivallarda, o cümlədən, Mütaliə Festivalında dj-lik etmişdir.

Sesil Kommunal "ATC Live" agentliyində təşkilatçı agent vəzifəsində çalışır. "ATC Live" agentliyi ifaçıları yeni ifadə üslubu və daha məqsədyönlü agentlərin dəstəyi ilə təmin etmək məqsədilə yaradılmışdır. Biz hər bir ifaçı üçün qastrol səfərləri ilə bağlı unikal planların hazırlanacağına, onlara daha uzunmüddətli perspektivdə dəstək göstəriləcəyinə, kampaniyalarda misilsiz, yaradıcı və strateji düşüncə səviyyəsinə yer veriləcəyinə inanırıq.  . "ATC Live" agentliyinin reyestrinə Benjamin Klementin, Stromae, Lya Ru, Con Smit, Sem Li, "Songhoy Blues" musiqi qrupu, "Mbongwana Star" musiqi qrupu, Amadu və Mariam və bir çox digər musiqiçilər daxildir.

Çarli Arm 80 səsyazma studiyasını, onların idarə edilməsi ilə əlaqədar işləri və nəşriyyatı əhatə edən və rəqiblərini aradan qaldırmaqla inkişaf etməkdə olan "Tileyard" şirkətinin yaradıcılarından biridir. Onun müştəriləri siyahısına çox sayda başqaları ilə yanaşı Ella Eyr, Sigala da daxildir və şirkət 2012-ci ildə yaradıldıqdan bəri 1,5 milyondan artıq Spotify yayımı ilə öz sahəsində aparıcı mövqeyə malikdir. İfaçıların menecerliyindən əlavə şirkətin ölkə miqyasındakı işləri Kygo və Parson Ceyms "Stole The Show", Siqma və Paloma Feyt "Changing", Sonni Alven "Our Youth" və Frances "Grow" kimi hit parçaları da əhatə edir. Şirkətin menecerlik sahəsindəki son uğurlarına Ella Eyrin BRİT və MOBO mükafatlarını qazanması, Sigalanın Birləşmiş Krallıqda 2,5 milyondan artıq satışa nail olması, eyni zamanda 2016-cı ildə Coldplay və Adeledən daha çox səsləndirilməklə kommersiya tipli radioda ən çox səsləndirilən kişi ifaçı olması daxildir.