English for Communities

British Council BP fəaliyyətinin təsir etdiyi icmalarda 11 rayon üzrə məşğulluq səviyyəsini artırmaq məqsədilə Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində layihə həyata keçirir. Bu məqsədə çatmaq üçün layihə Goranboy, Samux, Şəmkir, Tovuz ,Ağstafa, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Hacıqabul və Qaradağ rayonlarında müəllimlərin İngilis dili və tədris bacarıqlarının inkişaf etdirilməsi, icma üzvlərinə birbaşa keyfiyyətli tədrisin təmin olunması yolu ilə onların ingilis dili bacarıqlarını inkişaf etdirməyə şərait yaradır. Layihə BP və onun tərəfdaşları tərəfindən maliyyələşdirilir.

Layihə, neft-qaz boru  kəməri keçən 11 rayonda (Layihənin Təsirinə Məruz Qalan İcmalarda, LTMQİ) icma üzvlərinin bilik və bacarıqlarının və iş imkanlarının artırılması məqsədi daşıyır. Bu məqsədə sözügedən rayonlarında hədəf LTMQİ üzvlərinə və həmin icmalarda dərs deyən ingilis dili müəllimlərinə ingilis dili tədris bacarıqlarının artırılması yolu ilə nail olunacaqdır.

Layihənin birinci fazası beş - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa  rayonlarını əhatə etmişdir. British Council-ın xüsusi təlimçiləri sözügedən hər bir rayondan seçilmiş 10 orta təhsil məktəbini təmsil edən 75 ingilis dili müəllimlərinin tədris bacarıqlarının təkmilləşdirilməsi üçün onlara 15 günlük təlim keçmişlər və bu da tədrisin şagirdlər üçün daha davamlı və nəzərəçarpacaq şəkildə effektivliyinə nail olunması üçün zəmin yaradıb. Həmçinin təlim keçən müəllimlər arasından seçilmiş və müvafiq təlim keçmiş ingilis dili müəllimləri öz icmalarında 150 - dən artıq icma üzvləri üçün təşkil olunmuş kurslarda ingilis dili tədris etmişlər. 

Layihənin ikinci fazası daha altı royunu - Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Hacıqabul və Qaradağ rayonlarını əhatə etmişdir.

Layihənin üçüncü fazası 11 rayonda - Goranboy, Samux, Şəmkir, Tovuz ,Ağstafa, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Hacıqabul və Qaradağ rayonlarında həyata keçirilir. Layihənin bu fazasında165 ingilis dili müəlliminın dil və peşəkarlıqlarının inkişaf etdirilməsi üzrə 120 saat təlim keçəcəklər. Eyni zamanda təlim iştirakçıları arasından seçilmiş və təlim keçmiş müəllimlər 450 nəfərdən çox icma üzvünə 120 saat ingilis dili dərsləri tədris edəcəklər. Bu da icma üzvlərinin məşğulluq bacarıqlarının və imkanlarının artmasına yardım edəcəkdir. 

Gələcəkdə, layihə ona cəlb edilən ingilis dili müəllimlərinin, təlimçi müəllimlərin və icma üzvlərinin ingilis dili biliklərinin artmasına zəmin yaratmaqla yanaşı, həmçinin davamlı təlimçilik fəaliyyəti ilə məktəblilərin və icma üzvlərinin ingilis dili biliklərinin inkişafına stimul verəcək peşəkar müəllim və təlimçilər şəbəkəsi yaradacaq. Həmçinin yaradılmış təməl sonradan məktəblilərin tədris materiallarını yeni metodik qaydada qavranılmasıyla, dərsin mənimsənilməsi prosesində yenilik etmiş olacaqdır. Bu da öz növbəsində ümumilkdə tədrisin keyfiyyətinə müsbət təsir göstərəcəkdir.