Dünyanın hər yerində insanlar ingilis dilini British Council-la öyrənirlər. Biz, həmçinin, geniş çeşidli ingilis dili resurslarımızla ingilis dili müəllimlərinə də dəstək göstəririk. Azərbaycanda birbaşa tədrislə məşğul olmasaq da, malik olduğumuz çoxsaylı onlayn alətlər sizin köməyinizə çatacaq.

Bizim pulsuz ingilis dilini öyrənmə və öyrətmə resurslarımız barədə aşağıda daha ətraflı oxuya bilərsiniz.

İngilis dilini onlayn öyrən

British Council uşaqlara, yeniyetmələrə və böyüklərə ingilis dilini öyrənməyə kömək edəcək müxtəlif çeşidli onlayn resurslara malikdir. Bu resurslara videolar, mobil proqramlar, oyunlar, hekayələr, dinləmə məşğələləri və qrammatik tapşırıqlar daxildir. Daha ətraflı məlumat üçün Learn English online (İngilis dilini onlayn öyrən) səhifəsini ziyarət edin.

İngilis dilinin tədrisi üçün resurslar

Əgər siz ingilis dili müəllimi və ya ingilis dilinin tədrisi sahəsində mütəxəssissinizsə, British Council-in təqdim etdiyi çoxsaylı pulsuz resurslardan öz işinizdə faydalana bilərsiniz. Bu resurslara dərs proqramları, sinif otağında istifadə üçün materiallar, peşəkar inkişaf və ixtisaslaşmalarla bağlı məsləhətlər daxildir. Siz, həmçinin, müzakirə qruplarına qoşula və təlim materiallarına çıxış əldə edə bilərsiniz. Daha ətraflı məlumat üçün English Teaching resources (İngilis dili tədrisi üçün resurslar) səhifəsini ziyarət edin.

İmtahanlar

İngilis dilli ölkələrdən birində ali təhsil almaqla maraqlanırsınız? Biz sizə İELTS imtahanı barədə daha ətraflı məlumat əldə etməkdə kömək edə bilərik. British Council – Azərbaycan bu imtahanları birbaşa idarə etməsə də, İmtahanlar bölməsində onlar barədə geniş məlumat əldə edə bilərsiniz.

Daha ətraflı məlumata ehtiyacınız var?

Əgər siz bizdəki resurslarla maraqlanırsız və sualınız varsa, o zaman zəhmət olmasa bizim Bakı ofisimizdə Gulshan Huseynova ilə əlaqə yaradın.