
![]()

Siz ingilis dilini British Council-ın böyüklər üçün nəzərdə tutulmuş pulsuz öyrədici saytı vasitəsilə öyrənə bilərsiniz. Bu saytda yüzlərlə səhifədən ibarət mətn, audio və video materiallar, eləcə də 2 mindən yuxarı interaktiv tapşırıqlar mövcuddur. Sayta üzv olaraq ona töhfə verə, digər istifadəçilərlə ünsiyyətdə ola və pulsuz resurslar yükləyə bilərsiniz. Daha ətraflı məlumat üçün LearnEnglish saytını ziyarət edin.
Siz ingilis dilini oyunlar və məzəli əhvalatlarla əylənərək öyrənə bilərsiniz. İngilis dili bacarıqlarınızı istifadə etmək və ya sadəcə əylənmək üçün bütün zövqlərə uyğun oyunlar tapa bilərsiniz. Saytda yüzlərlə şəkilli məzəli əhvalatlar mövcuddur. LearnEnglish Əyləncə və Oyunlar səhifəsində oyna, əylən və öyrən!

Biz dil praktikası üçün çoxlu audio və video materiallar təqdim edirik. Bu materiallara podkast hekayələr, audio serial, ingilis dilinin tədrisi ilə bağlı BBC ilə hazırlanmış silsilə TV proqramları və bir çox müxtəlif situasiyalarda ünsiyyətin düzgün qurulması qaydalarını göstərən videolar daxildir. Daha ətraflı məlumat üçün LearnEnglish Dinlə və Bax səhifəsini ziyarət edin.
![]()

British Council iPhone, iPad, Nokia, Samsung, Ovi və Android kimi müxtəlif cihazlarda istifadə üçün ingilis dilinin öyrənilməsinə kömək edən mobil proqramlar hazırlamışdır. Bu proqramlara sizin qrammatika biliyinizi, söz ehtiyatınızı və tələffüzünüzü yaxşılaşdırmağa yönəlmiş podkastlar, serial, tapmacalar, oyunlar və tapşırıqlar daxildir. Learn English Mobile səhifəsini ziyarət edin.
![]()

LearngEnglish – Uşaqlar ingilis dilini öyrənən uşaqlar üçün nəzərdə tutulmuş internet saytıdır. Uşaqlar bu saytda mahnılar, hekayələr, videolar, qrammatika və lüğət oyunları, eləcə də bir çox digər fəaliyyət növləri ilə məşğul bilərlər. Bu fəaliyyətlər uşaqların müstəqil formada, yaxud dostları, valideynləri və müəllimləri ilə birgə məşğul olmaları üçün nəzərdə tutulmuşdur. LearnEnglish saytını ziyarət edin.
![]()

Sən ingilis dilini öyrənən yeniyetmə, yoxa yeniyetmə yaşlı uşaqları ingilis dili öyrənən valideynsən? LearnEnglish Teens ( LearnEnglish – Yeniyetmələr) internet saytı 13-17 yaşlılar üçün xüsusi olaraq hazırlanmışdır. Bu saytda onlar dil praktikası, imtahanlar üçün ipucları, qrammatika və lüğətlə bağlı faydalı materiallar, həmçinin əyləncəli məşğələlər, videolar, oyunlar və tapmacalar tapa bilərlər LearnEnglish Teens saytını ziyarət edin.
![]()

Siz artıq ingilis dilində danışa bilməyinizə rəğmən, işgüzar ingilis dili biliyinizi inkişaf etdirmək arzusundasınız? İşgüzar ingilis dili bacarığınızın standart səviyyədə olub-olmamasını bilmək istəyirsiniz? İngilis dilinin rəsmi iş dili olduğu beynəlxalq iş yerlərinə müraciət etmək istərdinizmi? İşgüzar ingilis dili biliyinizi inkişaf etdirməkdə sizə kömək edəcək doğru resurslarımız mövcuddur.![]()
![]()

Əgər siz ingilis dilini öyrənirsinizsə və futbolu sevirsinizsə, Premier Skills English siz Premyer Liqanın klubları və oyunçuları haqda öyrəndikcə, sizin ingilis dili səviyyənizi artırmağa kömək edəcək. Siz oyunlar haqda, eləcə də Premyer Liqanın qaydaları barədə məlumatlar əldə edəcək, həmçinin oyunlar oynaya və tapmacalar həll edə biləcəksiniz. Premier Skills English səhifəsini ziyarət edin.
![]()