
Azerbaijan_Cover_Young_People
Yeni nəsil tərəfdaşlıq modeli
British Council tərəfindən dünyanın 10 bölgəsində həyata keçirilməkdə olan Ali Təhsilin Beynəlmiləlləşdirilməsi Proqramı qlobal bilik iqtisadiyyatlarını inkişaf etdirmək istiqamətində bilik tərəfdaşlıqlarını qloballaşdırmaq, innovasiyaları təbliğ etmək, siyasət müzakirələrini genişləndirmək və yeni nəsil tərəfdaşlıq modelini hazırlamaq məqsədini daşıyır. Proqram inam, cəlb olunma və qarşılıqlı fayda kimi elementləri formalaşdırmaqla, mədəni əlaqələrə vahid prizmadan yanaşaraq, hökumətlər, Birləşmiş Krallıqda və xarici ölkələrdə universitetlər və fəaliyyət sahələri arasında üçtərəfli əməkdaşlıq qurur.

Azərbaycanda proqramın əsas diqqəti Ali Təhsildə Qlobal Tərəfdaşlıq məsələsinə yetirilir və Ali Təhsilin müxtəlif aspektləri, o cümlədən keyfiyyətə zəmanət, sərhədlərdən kənara çıxan təhsil, sahibkarlıq və biznes təşəbbüslərinin, eləcə də, ötürülə bilən bilik və bacarıqların təkmilləşdirilməsində öz töhfəsini verəcəkdir. Bunun üçün Təhsil Nazirliyi və mötəbər tərəfdaş Universitetlərlə əməkdaşlıq şəraitində fəaliyyət göstərməyi planlaşdırırıq. Bu əməkdaşlığa, ölkədaxili və regional forumlar (seminar, məşğələ və simpoziumlar və s.), eləcə də, Birləşmiş Krallıq və Azərbaycan arasında tədqiqatçı, elmi heyət və təhsil işçilərinin mübadiləsi daxildir.
Nə baş verəcək?
British Council ali təhsil sahəsində birgə fəaliyyətləri dəstəkləmək məqsədilə, Azərbaycanda Ali Təhsil sahəsində çalışan təhsil işçilərinin ikitərəfli və çox saylı millətlərin iştirak etdiyi konfranslarda, habelə ölkə daxilində keçirilən toplantılarda iştirakını təmin edəcək və Birləşmiş Krallığın mütəxəssis biliklərini bura cəlb edəcək. Bunun üçün Azərbaycanda bunun kütləvi şəkil alması və bütün sistemə təsirini təmin etmək məqsədilə ali təhsil sahəsində və biznes şirkətləri ilə sıx əməkdaşlıq edəcəyik.
Proqramın 4 başlıca elementi aşağıdakılardır:
- “Təhsil sahəsində İnformasiya” vasitəsilə beynəlxalq əhəmiyyətli məlumatların təmin olunması
- “Qlobal Siyasət üzrə Dialoq” vasitəsilə ali təhsil sahəsində qlobal biliyin əhatəsinin genişləndirilməsi
- “Ali Təhsil üzrə Qlobal Tərəfdaşlıqlar” vasitəsilə praktiki partnyor əlaqələrinin qurulması
- “Tələbələr və Məzunlar birliyi” vasitəsilə elmi işçilər və tələbələrin əlaqələndirilməsi
Azərbaycandakı fəaliyyətimizin əsas məqsədi:
- Birləşmiş Krallığın Azərbaycan təhsilində rolunu artırmaq üçün Təhsil Nazirliyi və digər əlaqədar dövlət qurumları ilə sıx əməkdaşlıq etmək
- Qonaq lektorlar dəvət edərək. təbliğat materialları hazırlayaraq Azərbaycan universitetlərində Birləşmiş Krallıq institularının təqdimatlarını keçirmək
- Azərbaycanda Education UK (Girləşmiş Krallıq Təhsil sərgisi) fəaliyyətinə başlamaq
- Birləşmiş Krallıq məzunlarından Ali Təhsilin Beynəlmiləşdirilməsi layihəsinin Azərbaycanda təbliğatı üçün istifadə etmək
Layihə haqqında daha ətraflı məlumat üçün Proqramlar Meneceri Əkbər Daşdəmirovla əlaqə saxlaya bilərsiniz.