![]()
Məlumatlanmaq, yoxsa səyahət üçün əyani ipucları istəyirsiniz? Fərqi yoxdur! VisitBritain saytı Britaniyada mükəmməl tətil planlaşdırmaq üçün ehtiyacınız olan hər şeyi təqdim edir.
![]()
![]()
Britaniyanın Bakıda yerləşən səfirliyinin rəsmi saytı. Britaniyanın Bakıdakı səfirliyi Britaniya ilə Azərbaycan arasındakı əlaqələrin qorunub saxlanılması və inkişafı istiqamətində fəaliyyət göstərir.
![]()
![]()
“The Selector” Birləşmiş Krallığın ən yaxşı yeni musiqi nümunələrini beynəlxalq səviyyədə nümayiş etdirən radio proqramıdır. Həftəlik yayımlanan bu proqram müasir musiqinin bütün janrlarını – hindu, qraym, dabstep, xalq, elektro və digər musiqiləri – əhatə edir.
![]()
![]()
Britaniyanın film sənayesi barədə mərkəzi resurs rolunu oynayan bu sayt Britaniyanın kino sahəsindəki istedadların xaricdəki auditoriyalara və həmkarlara tanıdılması istiqamətində çalışan British Council Film tərəfindən təqdim edilir.
![]()
![]()
Birləşmiş Krallıq və Birlik ölkələrindən olan 500-dən yuxarı müəllifin bioqrafiya və geniş biblioqrafiyaları. Tənqidi icmallar və mükafatlar haqda məlumatlar.
![]()
EducationUK saytımıza baş çəkərək İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya məktəblərinə və universitetlərinə necə müraciət edə biləcəyiniz barədə məlumat əldə edin. Sizin üçün ən uyğun olan kursu axtarıb tapın.
![]()
Bizim Akkreditasiya Sxemi (Accreditation Scheme) Education UK və English UK saytlarında tapa biləcəyiniz, Birləşmiş Krallıqda yerləşən ingilis dili kurslarının yüksək standartlara malik olmasını təmin edir. Birləşmiş Krallıqda ingilis dili təhsili barədə daha ətraflı oxuyun.
![]()
Bizim Education UK portalında kurslar, qəbul prosedurları və maliyyələşmə barədə yerləşdirilən məlumatlar sizin üçün uyğun olan universiteti tapmaqda sizə kömək edəcək. Birləşmiş Krallıq universitetlərində təhsil barədə daha ətraflı oxuyun. Əgər siz təhsilinizi davam etdirmək istəyirsinizsə, Birləşmiş Krallıq aspiratnura (doktorantura) təhsili və tədqiqatlar sahəsində çoxlu imkanlar təklif edir.
![]()
Birləşmiş Krallıqda seçdiyiniz kurs üçün maliyyə imkanları barədə məlumat əldə etmək üçün bizim təqaüdlər üzrə informasiya resurslarına nəzər salın.