![]()
British Council Böyül Britaniya xalqı və başqa millətlər üçün beynəlxalq imkanlar və qarşılıqlı inam yaratmaqla məşğuldur. Biz bunu mədəni əlaqələr adlandırırıq.
British Council Birləşmiş Krallığın Azərbaycanla ikitərəfli əlaqələrinin ayrılmaz və vacib bir hissəsini təşkil edir. British Council Azərbaycanda 1993-cü ildə Azərbaycan ictimaiyyəti üçün ingilis dili, biznes inzibatçılığıvə idarəetmə sahələrində təlimlər keçməklə fəaliyyətə başlamışdır.
Biz Azərbaycanda hökumət, elmi və qeyri-hökumət təşkilatları ilə, həmçinin Birləşmiş Krallıq və Avropa ölkələrindəki tərəfdaşlarımızla əməkdaşlıq edərək Azərbaycan əhalisi üçün müxtəlif imkanlar yaradırıq.
British Council Azərbaycanda yerli və beynəlxalq işgüzar qurumlarla tərəfdaşlıq yolu ilə öz fəaliyyətini genişləndirməyə davam edir.
Azərbaycanda bizim əsas fəaliyyət sahələrimiz ingilis dili bilik və bacarıqlarının artırılması, beynəlxalq imtahanların həyata keçirilməsi, Böyük Britaniya və Azərbaycan arasında mədəniyyət mübadiləsi və ali təhsil müəssisələri və vətəndaş cəmiyyətinin inkişafına yönəlmişdir.